Gəncədə piyada vurulub

Gəncədə piyada vurma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin “Metallurq stadionu” adlanan ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 1987-ci il təvəllüdlü şəhər sakini İsrafilov Osman Adil oğlu naməlum avtomobil tərəfindən vurulub. Çox saylı sınıq xəsarətləri alan 30 yaşlı piyada ətrafdakı insanların köməyi ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Sürücü qəza yerindən qaçdığından hələ ki, kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə