Tovuzda 65 yaşlı qadın ağacdan yıxılıb. Trend-in məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində baş verib. Kənd sakini, 1952-ci il təvəllüdlü Kazımova Adilə Yunis qızı həyətlərində meyvə yığarkən ağacdan yıxılıb. Qadın ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdlrılıb.
Hazırda qadın komadan ayılsa da, vəziyyəti orta ağır qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB