Daşkəsəndə yanğın olub

Daşkəsəndə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aşağı Daşkəsən kəndində ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə