Sumqayıtda dələduz tutulub

Sumqayıtda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən dələduzluq yolu ilə şəhər sakini Sədaqət Əvəzovanı aldadaraq 4600 manat pulunu almaqda şübhəli bilinən İmran Cəbrayılov tutulub.

Ətrafında aparılan əməliyyat-istintaq tədbirləri ilə onun qardaşı Habil ilə birgə cari ilin mart ayının 3-də Ağaqədir Mahmudovu aldadaraq 8000 manat pulunu almaları da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə