Miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb. Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-ci ildə Azərbaycan ərazisində olub. SİA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Türkiyənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsində aşkar edilən miqrantlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumatlarla bağlı açıqlamasında bildirilir.
Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı Tükiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB