FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə