Gəncədə dava zamanı iki nəfər bıçaqlanıb. APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Rəsulov Sahil Eynulla oğlu və Göyçay rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Cavid Davud oğlu bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, həmin şəxslər 3 nəfərlə dalaşarkən bıçaqlanıblar. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Müəllif: Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB