Tovuzda bədbəxt hadisə baş verib

Tovuz rayonunda usta ehtiyatsızlıqdan özünü doğrayıb. Trend-in məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Bayramov Səlim İsmayıl oğlu həyətdə təmir işləri apararkən ehtiyatsızlıqdan "laqonda" ilə ayağını doğrayıb.

Yaralı dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə