Daşkəsəndə ağır yol qəzası olub

Daşkəsəndə ağır yol qəzası olub

Daşkəsəndə ağır yol-nəqliyyat hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda baş verib.

VAZ-2107 və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sərnişinləri – Daşkəsən rayon sakinləri 1981-ci il təvəllüdlü Rahib Mehrəliyev və 1977-ci il təvəllüdlü Elsevər Səttarov müxtəlif bədən xəsarətləri alıblar. Onlar Gəncədəki xəstəxanalara yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə