Yaşlı qadını yük maşını vurdu

Samux rayonunda yük maşını piyadanı vurub. SİA-nın verdiyi məlumata görə, hadisə Samuxun Qarayeri qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1940-cı il təvəllüdlü Bayramova Kübra Yusif qızı evinin yaxınlığında yolu keçmək istəyərkən yük maşını tərəfindən vurulub.

Ağır vəziyyətdə Gəncə Təcili yardım xəstəxanasına aparılan qadın orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə