Daşkəsəndə baş verən yol qəzasında 4 aylıq körpə həyatını itirib
Daşkəsən rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Quşçu kəndinin ərazisində Nüsrət Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Dəmir Əzimovun idarə etdiyi "UAZ" markalı maşın toqquşub. Nəticədə Nusrət Məmmədovun sərnişinləri olan Nabat İsayeva və 4 aylıq Elmir Hümbətov hadisə yerində ölüb. Xəsarət almış hər 2 sürücü və Nüsrət Məmmədovun digər sərnişinləri Ceyran Hümbətova və onun qızı Kəmalə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB