Bu gün Şəkidən 22 km şimal-şərqdə Dağıstan ərazisində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 15.40-da qeydə alınıb.
Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə