Qaradağda ev əşyaları ilə birgə yanıb

Qaradağda ev əşyaları ilə birgə yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yer alan xəbərə görə, dünən Bakının Qaradağ rayonunda ümumi sahəsi 216 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın və dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 108 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə