Gəncədə piyada vurulub

Bu gün axşam saatlarında Gəncə şəhərinin “Xan bağı”nın yaxınığlındakı ərazidə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, 1986-cı il təvəllüdlü Yusifov Cavanşir Ağali oğlunu naməlum maşın vurub hadisə yerindən qaçıb.

Onu həyat yoldaşı və ətrafdakı insanlar xəstəxanaya çatdırıb. Döş qəfəsinin ağır əziyi diaqnozu qoyulan yaralının üzərində hazırda əməliyyat gedir.

Polis hadisənin səbəbkarını axtarır.

İIham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə