Lənkəran rayonunda 6 otaqlı evdə yanğın olub

Lənkəran rayonunda 6 otaqlı evdə yanğın olub

Lənkəran rayonunda 6 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, rayonun Xanılıq kəndində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olub. Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə