İrandan Azərbaycana xeyli miqdarda narkotik keçirən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasından narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaqda təqsirləndirilən Mahir Bayraməliyev və Ramiz Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. SİA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Bayraməliyev 14 il, R. Cabbarov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən ilin sentyabrında Qızıldaş qəsəbəsində gömrük əməkdaşları tərəfindən saxlanılıblar. Onların avtomobilindən 9 kiloqrama yaxın narkotik vasitə tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB