Lənkəranda ev yanıb, ev sahibi ağır yanıq xəsarəti alıb

Lənkəranda ev yanıb, ev sahibi ağır yanıq xəsarəti alıb

Lənkəranda yanğın hadisəsi baş verib.

SİA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlı kəndində, kənd sakini, 1965-ci il təvəllüdlü Gülməmməd Eyvazova məxsus evdə qeydə alınıb. Yanğını söndürməyə cəhd edən G.Eyvazov ağır yanıq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona ilkin yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə