Gəncədə bıçaqlanma hadisəsi olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Cəfərov Emil İsmayıl oğlu Gəncədə Dəmir yolu stansiyasının yaxınlığında bıçaqlanıb.
Döş qəfəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilən 27 yaşlı şəxsə tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Cəfərovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB