Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib. Report xəbər verir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib. İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib. "Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", - deyə agentliyin həmsöhbəti bildirib.
Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır. Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB