Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Masallı rayon Polis Şöbəsindən (RPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Müsaküçə kənd sakini, 18 yaşlı Osman Davud oğlu Eynullazadə şəxsi münaqişə zəminində rayonun Lürən kənd sakini, 20 yaşlı Füzuli Əhmədağa oğlu Əsgərova bıçaqla bədən xəsarəti yetirib. Zərərçəkmiş Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB