Tovuz rayonunda bədbəxt hadisə zamanı 22 yaşlı rayon sakini xəsarət alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, Düzqırıxlı kənd sakini 1995-ci il təvəllüdlü Tanrıverdiyev Samir Hidayət oğlu həyətlərinəki qoz ağacından yıxılıb. Nəticədə yaralı ilk oaraq Rayon Mərkəzi Xəstəxanasına (RMX) oradan isə Gəncə şəhərindəki tibb müəssisələrindən birinə gətiriib. Vəziyyətinin olduqca ağır oluğu bildirilən yaralının əməliyyat üçün Bakıya aparılacağı deyilir. Artıq faktı polis araşdırır.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB