Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mersedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb. APA-nın məlumatına görə, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib. Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB