Maşın qaçıran xalaoğlular Xınalıqda yaxalandılar

Maşın qaçıran xalaoğlular Xınalıqda yaxalandılar

Sentyabrın 2-də Bakı şəhər sakini Eldar Qurbanovun “VAZ-2107” markalı avtomobili Yasamal rayonu ərazisindən qaçırılıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, avtomobil qaçıran şəxslər Qubannın Xınalıq istiqamətində yaxalanıblar. İki xalaoğlu oğurladıqları avtomobillərin detallarını çıxarıb satmaq istəyiblər.

Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qaçırılan avtomobilin Quba rayonunun Qırız Dəhnə kəndində olması müəyyən edilib. Hadisəni qeydə alan Daxili İşlər Nazirliyinin əməkdaşları Quba rayon polis şöbəsinə xəbər veriblər. Əməliyyat nəticəsində onlar Xınalıq yolunda tutulublar.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Anar Musayev və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Hüseynov tutulub və avtomobillə birgə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə