İmişlidə 13 yaşlı uşağı avtomobil vurub

İmişlidə 13 yaşlı uşağı avtomobil vurub

İmişlidə 13 yaşlı piyadanı avtomobil vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Əsədov Əsəd Ağaş oğlu yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

13 yaşlı uşaq müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə