Daşkəsəndə mədən ərazisində yanğın olub

Daşkəsəndə mədən ərazisində yanğın olub

Daşkəsəndə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.

Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub.

Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə