Xaçmazda evlərin su basması nəticəsində köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib. Belə ki, SİA-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq köməksiz vəziyyətdə qalmış vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər.
Əməliyyat saat 10:55-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB