Paytaxtda "Mitsubishi" yanıb

Bakı şəhəri, Nəsimi rayonunda minik avtomobilində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda "Mitsubishi" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə