Bakıda ağır yol qəzası: - 2 ölü, 3 yaralı

Bakıda ağır yol qəzası: - 2 ölü, 3 yaralı

Bakıda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Yolda hərəkətdə olan "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə hərəkətin bərpasına və tıxacın aradan qaldırılmasına çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə