Hacıqabul polisi iki nəfərdən narkotik vasitələr götürüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin keçirdikləri narkotiklərlə mübarizə tədbirləri çərçivəsində narkotik vasitələri istehlak miqdarından artıq saxlayan rayon sakinləri saxlanılıb.
Baxış zamanı Hacıqabul rayon sakinləri, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Mürvətov İlkin Bilal oğlunun üzərindən 10,755 qram tiryək, 1981-ci il təvəllüdlü Səmədov Hafiz Adil oğlunun üzərindən isə 195 qram qurudulmuş marixuana götürülüb. Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB