Siyəzəndə yol qəzasında xəsarət alan Rusiya vətəndaşlarından biri ölüb (YENİLƏNİB)
Bakı-Quba yolunda bu gün baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan Rusiya vətəndaşlarından biri ölüb. APA-nın şimal bürosunun xəbərinə görə, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən 1974-cü il təvəllüdlü Esmira Abdullayeva orada dünyasını dəyişib.
***
15:35
Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları - 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.
Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB