Samuxda avtomobil ağaca çırpılıb 2 ölü

Samuxda avtomobil ağaca çırpılıb 2 ölü

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini hadisə yerində ölüblər.

Ölənlərin 1958-ci il təvəllüdlü İlqar Zeynalov və Mahir Məmmədov olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə