Gədəbəydə avtomobil 7 yaşlı uşağı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 16 radələrində Gədəbəy rayonunun Arıqdam kəndində rayon sakini Cavid İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi 7 yaşlı İlham Hüseynlini vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB