Şəmkir Rayon Mərkəzi Xəstəxanasına 4 nəfər naməlum şəxs basqın edib. SİA-nın bölgə müxbirinin verdiyi ilkin məlumata görə, həmin şəxslər narkotik maddənin təsiri altında olublar.
Basqın zamanı xəstəxanada olan xəstələrə təzyiq edilib, tibb bacısının təxminən 600 manat dəyərində mobil telefonu əlindən alınıb.
Məlumatda həmçinin bildirilir ki, rayonda belə hadisələr tez-tez baş verir.
Fakta bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB