Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən Naftalan Qızılhacılı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil əvvəlcə 30 yaşlı Naftalan şəhər Qaşaltı kənd sakini Məmməd Qocayevi vurub.
Daha sonra Şəki rayon sakini 1986-cı il təvəllüdlü Əliyev Elnur Topik oğlunun idarə etdiyi “Mercedes” Qaşaltı kənd sakini 1949-cu il təvvəlüdlü Behbudov Cuma Camal oğlunun sükan arxasında olduğu “VAZ 21011“ markalı avtomobilə çırpılıb. Qəza zamanı piyada hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB