Tovuzda yeməkxana və yaxınlıqdakı ağaclar yanıb

Tovuzda yeməkxana və yaxınlıqdakı ağaclar yanıb

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Şamlıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 7 otaqdan ibarət yeməkxananın yanar konstruksiyaları və yaxınlıqda olan 5 ədəd ağac qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 13:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə