Ata evindən oğurluq edən oğul tutulub.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlanmasını bildirib.
Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov tutulub. O, hadisəni törətdiyini etiraf edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB