Bakıda 2 qardaşı bıçaqlayan şəxs yaxalanıb

Bakıda 2 qardaşı bıçaqlayan şəxs yaxalanıb

Bakıda iki qardaşı bıçaqlayan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sentyabrın 3-də Binəqədi qəsəbəsi ərazisindən qəsəbə sakinləri Ələkbər Quliyev və qardaşı Ziyad kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qonşuları, əvvəllər məhkum olunmuş Cəngi Meybullayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə