Tovuzun Düzqırıxlı kəndində yerləşən mağazada yanğın baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, kənd sakini Şahin Hacıyevə məxsus 300 kv.m-lik mağazanın ərazisi 110 kv.m olan anbarında yanğın başlayıb. Əraziyə Tovuz Yanğından Mühafizə Xidməti Hissəsinin 4 texnika və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddət ərzində söndürülüb və yanğının mağazaya keçməsinin qarşısı alınıb.
Məlumata görə, anbarın təxminən yarısının yanan konsktruksiyaları və əşyaları yanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB