Gəlin maşını piyadanı vurdu

Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb. SİA-nın verdiyi məluamta görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə