Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Kliniki Tibbi Mərkəzdən SİA-ya verilən məlumata görə, müğənni bu gün səhər saatlarında 6 bıçaq yarası ilə xəstəxanaya gətirilib. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 bıçaq zərbəsi alıb. Müğənni artıq əməliyyat olunub və hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağırdır.
Xəstəxanadan həmçinin bildirildi ki, müğənni ilə yanaşı onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev də bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Nəsimi rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Topçubaşov 113-də Faiq Ağayevə 6 bıçaq zərbəsi vurulub. Hadisə bu gün səhər saatlarında törədilib. Naməlum şəxs və ya şəxslər müğənniyə hücum edərək onu və yanındakı iki nəfəri ağır yaralayıb. Hadisə ilə bağlı ictimayyətə ətraflı məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB