Bakıda 1 nəfər pəncərə silərkən yıxılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda 1 nəfər mənzildə təmizlik işləri apararkən pəncərədən yıxılıb və iki divar arasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər vətəndaşa müvafiq köməklik göstərib və hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil veriblər.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB