Bakıda qarət faktı

Bakı sakini qarət edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avqustun 30-da Bakı şəhər sakini Elşən Allahverdiyevin cibindən 2300 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Azad Vəliyev tutulub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə