Şəkidə 76 yaşlı qadın sirkə turşusundan zəhərlənib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 14.00 radələrində Şəki şəhəri M. F. Axundov küçəsi, ev 24 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Tamella Qədir qızı Yüzbaşyeva zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Şəki MRX-dan APA-ya bildirilib ki, Tamella Yüzbaşyevanın səhvən sirkə turşusu içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tamella Yüzbaşyevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB