Abşeron rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə sentyabrın 26-sı saat 19:45 radələrində Fatmayı qəsəbəsi ərazisində baş verib. Belə ki, Ağstafa rayonu Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Şahin Abbas oğlunun idarə etdiyi "Mercedes" markalı, Abşeron rayonu, Fatmayı qəsəbə sakini, 1966-cı il təvəllüdlü Zeynalov Gündüz Şirzad oğlunun idarə etdiyi "Nissan Maxima" markalı və Goranboy rayonu Xan Qərvənd kənd sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Vüqar Zeynalabdin oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə Şahin İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobildə olan sərnişin, Ağstafa rayonu Göycəli kənd sakini, 1989-cu il təvəllüdlü Axundov Elvin Ədalət oğlu ölüb, Şahin İbrahimov, Gündüz Zeynalov və onun sərnişini, Fatmayı kənd sakini, 1978-ci il təvəllüdlü Cavadov Faiq Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Abşeron RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB