FHN Gürcüstana helikopter göndərib

FHN Gürcüstana helikopter göndərib

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. SİA-nın FHN-ə istinadən verdiyi məlumata görə, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti regionunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

FHN-in Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri avqustun 30-da havaya qalxıb və yaxın saatlarda qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə