Hacıqabul sakinindən satış üçün nəzərdə tutulan narkotik maddə götürülüb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbiri zamanı M. Rəsulzadə küçəsi 101 ünvanında yaşayan, 1986-cı il təvəllüdlü Talıbov Əlvi Əliniyaz oğlunun yaşadığı evə baxış keçirilən zaman oradan 10,914 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.
Satış üçün nəzərdə tutulan narkotik vasitə kibrit qutusunda 8 ədəd sellofan bükümdə aşkar edilib. Ə.Talıbov polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB