Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən avqustun 28-də hərbi hissənin ətrafına, 1 ferma ərazisinə, 1 əkin sahəsinə, Sitalçay kənd orta məktəbinin həyətinə, dəmir yolu xəttinə, rabitə qovşağının həyətinə, 6 ev və həyətyanı sahəyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat və 15 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
ANAMA-dan SİA-ya bildirilib ki, ümumiyyətlə, 2 gün ərzində 320 min kvadratmetr əraziyə baxış keçirilib, 36 ədəd partlamamış hərbi sursat və 37 ədəd partlamış-yanmış sursat qalıqları aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 259 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB