Şəkidə yük maşını ağaca çırpılaraq yanıb

Şəkidə yük maşını ağaca çırpılaraq yanıb

Dünən axşam Şəkidə yanğınla nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki şəhərində “Qazel” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə