Dünən axşam Masallıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Ərkivan qəsəbəsində ümumi sahəsi 70 m2 olan tikilinin yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB