Şəmkirdə yol qəzası olub: 5 nəfər xəsarət alıb

Şəmkirdə yol qəzası olub: 5 nəfər xəsarət alıb

Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.

“VAZ 2106” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə